Cümə, 10 May

Rolls-Royce Motor Cars "Iconic salon prıve" tədbirində SPECTRE modelini nümayiş etdirir - FOTOLAR

image

“Rolls-Royce Motor Cars yenidən Oxfordshire-də, “Blenheim” sarayının ərazisində yerləşən “Salon Privé”-ə qayıtmaqdan məmnundur. Bu tədbir bizim təqvimimizdə mühüm hadisədir – gözəl, tarixi şəraitdə avtomobil lüksünün və yüksək səviyyəli cəmiyyətin möhtəşəm bayramıdır. Həmçinin mən çox məmnunam ki, markanın ilk tam elektrikli avtomobili olan Spectre bu tədbirdə nümayiş etdiriləcək – inanılmaz dərəcədə çevik, diqqətəlayiq dərəcədə səssiz və eyni zamanda mürəkkəbliyi, müasir lüksü özündə əks etdirən model. Spectre ilə yanaşı, canlı “Tucana Purple” çalarında təqdim olunan Ghost, modelidə nümayiş etdiriləcək. Etibarlı diler tərəfdaşlarımız, hörmətli müştərilərimiz və media dostlarımızla, eksklüziv “Concours d’Elegance” tədbirində görüşməyi səbirsizliklə gözləyirəm.”- deyə Boris Weletzky, Böyük Britaniya, Avropa və Mərkəzi Asiya üzrə,  Rolls-Royce Motor Cars-ın regional direktoru şərh edib. 

"Unikal" xəbər verir ki, 30 avqust 2023-cü il tarixindən etibarən lüks bilicilər təqvimdəki ən son yay tədbirlərindən birini görmək üçün Oxfordshire-dəki “Blenheim” sarayında toplaşacaqlar: “Salon Privé”. Bu eksklüziv tədbirin şərəfinə Rolls-Royce Motor Cars dünyanın ilk ultra-lüks tam elektrikli super kupesi Spectre və brendin 119 illik tarixində ən uğurlu məhsulu olan Ghost-u təqdim edəcək. Bu modellərin hər biri brendin sənətkarlıq, dizayn və mühəndislik bacarıqlarının geniş spektrinə dəlalət edir.

ROLLS-ROYCE SPECTRE

Spectre dünyanın aparıcı dəbdəbəli brendi üçün yeni dövrü təmsil edir - cəsarətli və tam elektrikli dövrünün başlanğıcıdır. Təxminən iki il əvvəl Rolls-Royce Motor Cars elektrik texnologiyasına sadiqliyini bəyan edərək tarixi bir açıqlama verdi: 2023-cü ildə brend özünün ilk tam elektrikli avtomobilini təqdim edəcək, 2030-cu ilin sonuna isə markanın bütün avtomobil portfeli tam elektrikli olacaq. Bu əlamətdar elandan sonra Spectre, 400 ildən çox istifadəni imitasiya edərək, 2,5 milyon kilometr məsafəni əhatə edən ekstremal şəraitdə və temperaturda ciddi sınaq proqramından keçərək inamlı bir səyahətə çıxdı. Spectre, bu yayın əvvəlində California-da qlobal bazara çıxdıqdan sonra dünya mediasından da çox müsbət rəylər aldı.

Builki “Salon Privé”-də Spectre, Rolls-Royce Motor Cars-ın müasir, lakin dəbdəbəli mahiyyətini təsvir edən canlı “Mandarin Coachline” ilə “Wittering Blue”-nun parlaq ifadəsində təqdim olunacaq. Oturacaqlar və onların başlıqları “Charles Blue” rəngində işlənib.

Stendin mərkəzində “Wittering Blue” Spectre ilə yanaşı, Rolls-Royce Motor Cars tədbirdə ikinci Spectre modelini də nümayiş etdirəcək. Chartreuse”, “Grace White” və “Peony Pink” rənglərində interyeri ilə, eksteryeri isə “Chartreuse” və “Black Diamond” rənglərində təqdim olunan həqiqətən parlaq və cəsarətli bir model, “Blenheim” sarayının ərazisində keçiriləcək gündəlik parada qatılacaq.

ROLLS-ROYCE GHOST

Ghost, “Architecture of Luxury” adlanan, patentləşdirilmiş tam alüminium çərçivəsi üzərində qurulmuş əsl avtomobil möcüzəsi olan sonsuz potensial dünyasıdır. “Salon Privé” üçün Rolls-Royce Motor Cars, Tucana bürcünü əhatə edən cənub gecə səmasını xatırladan “Tucana Purple” rəngində Ghost-un parlaq versiyasını təqdim edir. Cəsarətli “Lime Green Coachline” gövdə xətti “Lime Green Pinstripe” rəngində şinlər ilə birlikdə görünüşü inamla tamamlayır. Daxildə oturacağın ətrafı, sükan çarxı, monoqramlı başlıqlar və qoltuqaltılardakı “Lime Green”  daxili işləmələri eksteryer rəngini ideal tamamlayır.

Sərgidə nümayiş olunan “Tucana Purple” Ghost-a əlavə olaraq, Rolls-Royce Motor Cars məmnuniyyətlə təsdiqləyir ki, ikinci Ghost modeli 120 mil uzunluğunda “Cotswolds”-da, “Tour Privé” yarışında iştirak edəcək ki, bu da öz növbəsində avtomobilin əhəmiyyətli statusunu əks etdirən göstəricidir.
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25